Həkimin Otaqda İnsan Ürəyi Saxlamağının İnanılmaz Səbəbi

   Məşhur ürək cərrahı akademik Vladimir Andreyeviç Almazovun 1-ci Tibb İnstitutu Klinikasındakı kabinetində spirt içərisində bir insan ürəyi durur. O ürəyin tarixini isə orada olan hər bir tələbə bilir. 
   Hələ 50-ci illərin əvvəllərində Almazov özü 4-cü kurs tələbəsi olarkən, klinikaya Kəskin Septik Endokardit xəstəliyi ilə bir xanım gətirilmişdi. Bu çox qorxulu xəstəlik idi və nəticəsi bir çox vaxtlarda acı olurdu. Onu tamamilə çarəsiz hesab edirdilər. Bədən temperaturu daim olaraq 40 dərəcəyə qalxırdı. Xanımı həmin zamanlarn ən güclü ürək cərrahları müalicə edirdi, amma nəticə heç də ürəkaçan deyildi. 
   Bu ürək cərrahları arasında bir praktikant da var idi. Yox, düşünməyin ki, o parktikant inqilabi təkliflər etdi. O, sadəcə olaraq xəstə yatan gözəl xanıma aşiq oldu. Demək olar ki, hər gün xanımı ziyarət edir və ona güllər gətirirdi. Xanım da ona diqqət göstərən oğlana qarşı laqeyd deyildi və o da oğlanı sevdi. Möcüzə isə bundan sonra baş verdi və qız gündən günə sağalmağa başladı. 
   Onlar bir müddət sonra evləndilər. Uzun illər sonra isə xanım öləndə ürəyini 1-ci Klinik Xəstəxanaya bəxş etdi ki, insanlar Xəstə ürəyin sevən ürəklə sağaldığını heç zaman unutmasınlar.

Comments