Hörümçək ipəyi özünə məxsus xüsusi özəlliyə malikdir. Ondan hazırlanan parça poladdan möhkəm, fiber karbondan isə yüngüldür.
Bütün bu üstünlüklərə baxmayaraq onun mənfi cəhətləri də var. Problem isə onu əldə etmək üçün hörümçək fermalarını yaratmağın əlverişli olmamasıdır. Ancaq bəzi şirkətlər var ki, bu işlə məşğul olmaq qərarına gəliblər və təbii məhsulun sintetik analoqunu yaratmaq niyyətindədirlər. Yaponiyanın Spiber firması Amerikanın The North Face firması ilə birlikdə dünyada ilk sintetik hörümçək ipəyindən gödəkcə prototipini hazırlayıblar. İlk zülallı xammaldan hazırlanan gödəkcəyə Moon Park adı verilib.
Hörümçək ipəyinin tərkibini zülal təşkil edir və ona fibroin deyilir. Fibroinin laboratoriya şəraitində hazırlanması çox çətin olsa da, Spiber firması genetik mühəndisliyin köməyi ilə bu məhsulu əldə edə bilib. Alınan sintetik məhsula Qmonos adı verilib. Hansı ki, yaponca hörümçək deməkdir. Məhsul bioloji parçalanandır və hazırlanmasında Nephila cinsindən olan hörümçəyin genindən istifadə edilib.
Comments
Post a Comment