Silfra - İslandiyanın ,Tinqvadlavatn milli parkında olan tektonik mənşəli çökəklikdir. O, Şimali Amerika ilə Avropa litorsfer tavalarının ayrılma nöqtəsidir.
Silfra və Tinqvedlir vadisi Tavaların bir-birindən aralanması nəticəsində yaranmışdı. Hər il tavalar bir-birindən 2sm məsafədə aralanırlar. Nəticədə yaranan tektonik hərəkətlərdən isə hər 10 ildən bir, çox qüvvətli zəlzələlər baş verir.
Silfra isə göl yaranan ən böyük çatlardan biridir. Burada həmçinin dərin mağaralar da var. Silfranın suyu ən təmiz sulardan biri hesab edilir və bura dalğıcların ən çox maraq yaratdığı yerlərdən biridir. Ən dərin yeri 65 metr olduğu halda uzaqlıq görmə imkanı 100 metrə bərabərdir.
Comments
Post a Comment