Mars Planetinin Bayrağı Azərbaycan Bayrağıdır Yoxsa Yox?

   Bayraq tanış gəldi? :) Bəli əlbəttə oxşardır və onu bizim bayraqdan götürüblər fikri də yarana bilər.
 Məsələn mən uşaq olanda Donald Duck Cizgi filmindəki balacaların da geyimlərini üç rəngli bayrağımızdan götürüldüyünü düşünürdüm :)
   Əslində isə hər şeyin necə olduğuna baxaq.
   Marsın üç rəngli bayrağı qeyri kommersiya təşkilatı “Mars Society” və “The Planetary Society” tərəfindən təsdiq edilsə də bu bayraq əslində heç bir rəsmi status daşımır. Hüquqi əsası isə tamamilə yoxdur. Çünki beynəlxalq  kosmik məkan haqqında müqavilədə onun özünküləşdirilməsi tamamilə qadağan edilib. 
   Bütün bunlara baxmayaraq üç rəngli bayraq istifadə edilir. Həmin bayraq Devon adasındakı Mars arktik araşdırma mərkəzində və ABŞ-ın Yuta ştatındakı səhra araşdırma mərkəzində dalğalanır. Həmçinin üç rəngli bayraq 1999-cu ildə Amerikalı astronavt John M. Grunsfeld tərəfindən Discovery şatlı ilə orbitə aparılmışdı.
   Bayraq Mars planetinin gələcəyini təmsil edir. Onun qırmızı rəngi planetin rəngini əks etdirdiyi halda, yaşıl və göy rənglər planet icazə verəcəyi halda gələcəkdə mümkün olacaq rənglərini əks etdirir. 
   Bayrağın rəngləri və onların mənası Kim Stanley Robinsonun məşhur trilogiyası “Qırmızı Mars”, “Yaşıl Mars” və “Mavi Mars” əsərlərindən götütülüb və ilk dəfə NASAya mühəndis Paskal Li tərəfindən təklif edilib. 
   Marsın bundan başqa daha iki romanlarda da bayraqları əks etdirilib. Bunlardan biri “Greg Bear”ın Moving Mars əsərindəki marsın bayrağı.
   Daha biri isə “Robert A. Heinlein”in “Stranger in a Strange Land” romanındakı bayrağıdır.



Comments

Post a Comment