Yaşımızdan asılı olmayaraq demək olar ki, hər birimiz evdə bu qırmızı ulduzlu qabda olan mərhəmə rast gəlmişik. Bəzilərimizdə evdə qabın dibində qalıb, bəzilərimizdə isə illər öncə bir neçə qutu alınaraq hələ də az-az istifadə edilir.
Sovet vaxtı «Звездочка» adlandırılan bu mərhəm 70-ci illərdə apteklərdə peyda olmağa başlamışdı və demək olar ki, çox qısa zamanda bütün hər kəsin diqqətini qazanmışdı. Səbəb isə onun importnıy məhsul olmasında yox, demək olar ki hər xəstəliyə şəfa verməsində idi. Onu adi qripdən başlayaraq, xroniki revmatizmə qədər xəstəliklərə qarşı istifadə edirdilər. Ən qəribəsi isə o, həqiqətən təsir edirdi.
Tarixi
Mərhəmin əsil adı «Vyetnam Ulduzu» dur və Vyetnam zavodunda da istehsal edilirdi. Mərhəm Vyetnamın Danapha Pharmaceutical JSC. adlı farmakoloji firmasına aid idi və orada yaradılmışdı. Cao Sao vàng adını Amerikanlılar «Qızıl Ulduz Balzamı» adı kimi də tərcümə etmişdilər.
Tərkibi.
Mərhəmin tərkibinə yalnız Vyetnamlıların yüz illər ərzində xalq təbabətində istifadə etdikləri maddələr daxil idi. Bu çox az saylı xalq təbabətidir ki, dünyanın bütün farmakoloji təşkilatları onu təhlükəsiz kimi qəbul edibdir. Mərhəmin tərkibində təbii məhsullardan başqa heç bir kimyadan istifadə edilməyib. Onun içərisində yalnız mixək, evkalipt, nanə yağı ilə, bəzi efir yağları var.
Comments
Post a Comment