Nanədən Sonra Ağızda Soyuqluq Hissinin Səbəbi

   Nanəli konfet və saqqızları hər birimiz sözsüz ki dadmışıq və hər birimizə də onlardan ağızda soyuqlu hissi yarandığı bəllidir. Bəs bu hiss nədən yaranır? Əlbəttəki, bu çoxumuza bəlli deyil. Elə isə gəlin araşdıraq. 
   Məlumdur ki, soyuğu biz dəridə və selikli qişamızda olan reseptorlarla hiss edirik. Əgər hərarət müəyyən temperaturdan aşağı düşürsə həmin reseptorlar beyinə siqnal göndərir. Nəticədə damarlar daralır və qan daha az getməyə başlayır. Həmçinin bu reseptorlara temperaturla yanaşı bəzi maddələrə də təsir edir. Bunlardan biri də nanənin tərkibindəki mentoldur. Əslində isə mentol ağızda soyuqluq yaratmır. O, sadəcə soyuqluq hissini, bir növ illüziyasını yaradır. Mentol soyuqluq reseptorlarından başqa bütün reseptorlarımızı hissiyatsız edir. Aktiv qalan reseptorlar da öz növbələrində beyinə aşağı temperatur zamanı göndərdikləri siqnalları göndərirlər. Beləliklə də biz soyuqluq hissini hiss edirik.
   Maraqlıdır ki, eyni hissi lakin əksinin Kapsaitsin maddəsi yaradır. Bu maddə acı bibərlərin tərkibində olur və ona görə də bibərli yeməklər zamanı ağızda istilik hissi yaradır. 

Comments