1961-ci ildə 27 yaşlı Leonid Roqozov Arktik ekspedisiyanın tərkibində olan yeganə həkim idi. Novolazarevskiy stansiyasında iki ay vaxt keçirdikdən sonra Roqozov özündə kəskin appendisit təyin etdi. Dərmanlar isə ağrını azaltmırdı və Roqozovun tək seçimi özünü əməliyyat etmək idi.
30 apreldə Roqozov iki köməkçisi ilə (biri mühəndis mexanik hansı ki, güzgü və lampa işığını tuturdu, digəri isə alətləri həkimə verən meteoroloq idi) əməliyyata başladı.
Narkoz vurmaq imkanı olmadığından o, özünə novokoinlə lokal keyləşdirmə edərək 12 sm-lik kəsiklə əməliyyata başladı. Bir müddət sonra isə yaranan zəiflikdən baş hərlənməsi başladı. Roqozov əməliyyatı 5 dəqiqəlik işlə və 20-25 saniyəlik fasilələrlə davam edirdi. Ümumilikdə isə əməliyyat 1 saat 45 dəqiqə davam etdi və 5 gündən sonra Roqozov artıq öz tikişlərini sökərək adi həyatına davam etdi.
Comments
Post a Comment