Frederik Bor Ohayo ştatının Sinsinnati şəhərindən olan bir kişi idi. O, Procter & Gamble şirkətində kimyaçı və qida texniki kimi işləyirdi.
Onun ixtirası isə onu kölgədə saxlamalı olan işdən çıxararaq bir qədər məşhurlaşdırdı. Bor 1966-cı ildə uzun boru formasında olan çips qabları və bir qədər əyriliyi olan çipslərin düzülüş patenti üçün müraciət etdi.
Patent 4 il sonra verildi və hazırda bizim gördüyümüz Pringles qabları və içəridəki çipslərin forması Bora aiddir. Bor 80-ci illərdə təqaüdə çıxsa da həyatının sonuna kimi öz ixtirasının möhtəşəmliyinə inanırdı və bu inanc o qədər böyük idi ki, ölümündən sonra onu Pringles qutusunda basdırılmasını vəsiyyət etdi. Frederik Bor 2008-ci ildə 89 yaşında vəfat etdi və onun övladlarını atalarının vəsiyyətini yerinə yetirərək atalarının küllünü iki Pringles qabına bölərək Springfield yaxınlığında bir qəbiristanlıqda basdırdılar.
Comments
Post a Comment