Əsil Sədaqətli Dost "Xatiko" Haqqında

   Bəli, şəkildəki it kinodakı yox, məhz bir zamanlar yaşamış və haqqında kino çəkilmiş Xatikonun şəklidir. Sədaqətli dost 1923-cü ildə doğulmuşdu. Doğumundan bir müddət sonra Tokio universitetində işləyən professora, Ueno Hidesaburoya hədiyyə edilmişdi.

  
   Yeri gəlmişkən Xatiko “Səkkizinci” demək idi. Belə ki o, 8-ci doğulmuşdu.
   Hər səhər işə gedən sahibini yola salan it geri qayıdar, ancaq 15:00 da onun qayıdışını Sibuya stansiyasında yenidən gözləyərdi. Bu qaydada tam olaraq bir il keçdi və 1925-ci il 21 mayda professor ürək tutmasından vəfat etdi. Xatikonu heç kəs atmadı. Uenonun qohumları Xatikonu özləri ilə saxlayır, ona qayğı göstərirdilər. 
   Bütün bu qayğılara baxmayaraq, Xatiko hər gün stansiyaya getməyə davam edirdi.
 Hər kəs itin sadiqliyinə artıq heyran qalmışdı və bütün stansiya və şəhərə onun sədaqəti qisa müddətdə yayıldı. Daha sonra isə bu sadiqlik bütün ölkəni bürüdü. 1932-ci ildə dərc olunan qəzetlərdən birində bu it haqqında məqalə yazıldı və bütün ölkədən insanlar artıq 7 il idi ki stansiyada sahibini gözləyən itə baxmağa axışmağa başladı. Sədaqət gözləntisi isə 1935-ci ilin 8 martına kimi davam etdi. Bu tarix Xatikonun ölüm tarixi idi. 
   İnsanlar sədaqət simvolunu unutmadılar və elə həmin ildə Xatikoya heykəl qoydular. Düzdü müharibə vaxtı metala olan ehtiyacı ödəmək üçün heykəli əritsələr də, daha sonra ona yenidən heykəl qoyuldu. 

Comments