Gəmidə yaşamaq bəlkə də sizin üçün heç də xoş olmaya bilər. Ancaq 87 yaşlı Amerikalı Li Vaxtsetter üçün bu heç də belə deyil. O, bütün malını və mülkünü sataraq qocalığını kruiz gəmisində keçirmək arzusunu reallaşdırır.
Son 8 ili Vaxtsetter kruiz gəmisində keçirir. Onun sözlərinə görə bu seçim ona heç də asan olmamışdı. O, Floridadakı evini sataraq ömrünün sonun səyahətdə keçirmək qərarını çətin olsa da vermişdi.
Li ilk səyahətinə 1962-ci ildə çıxmışdı və hazırda 283-cü səyahəti davam edir.
Qadın hər ilini gəmidə keçirmək üçün ildə 164000$ xərcləyir. Bu pula təqaüdçü qarı lüks nömrədə qalır, bütün restoranların istənilən yeməklərini yeyir, rəqs dərslərinə gedir. İstədiyi vaxt kinoteatrda kinoya baxır və seminarlarda iştirak edir.
Gəmidə Vaxtsetterə “Mama Li” də deyirlər. Qadının sözlərinə görə bütün gəmi heyəti onu sevir və bütün istəklərini yerinə yetirməyə çalışırlar. Hətta nə isə istəyəndə gəmi sahilə yaxınlaşdığı vaxtda ölkəsindən və şəhərindən asılı olmayaraq istəklərini yerinə yetirmək üçün gəminin heyət üzvü şəhərdə ona lazım olanı tapıb gətirirlər.
Crystal Serenity gəmisini seçməyinin səbəbi isə oradakı rəqs dərsləridir. Qadının sözlərinə görə bu gəmiyə keçməmişdən əvvəl o, 3 il müddətində Holland America gəmisində üzmüşdü. Lakin orada rəqs proqramları ləğv olunduğundan gəmini dəyişməyə məcbur qalmışdı.
Gəmi səyahətinin qadına yaratdığı yeganə çətinlik isə övladları və nəvələrinin Mayamidə yaşamasıdır.
Comments
Post a Comment