Almanlar Çox Düzgündür, Yoxsa Onlara Pul Lazım Deyil?

  Son zamanlar Almaniyadan xeyli sayda qəribə və çox maraqlı məlumatlara rast gəlirik. Bəlk də bu təsadüfdür. Bəlkə də yox. Amma həqiqətən insanın diqqətini çəkir.

  Əgər eşitmişdizsə avqust ayında Almaniyada 16 yaşlı bir qız Königssee gölündə üzərkən, dəyəri €16000 olan yarım kiloluq qızıl külçəsi tapmışdı. Külçəni tapan qız elə ilk polis bölməsinə yaxınlaşaraq qızılı polisə təhvil vermişdi. Hüquq mühafizə orqanları isə öz növbəsində qızılın sahibi çıxmadığı halda, külçəni qıza qaytaracağını söyləmişdi. Nəticədə 6 aylıq araşdırma nəticəsində sahibi tapılmayan qızıl külçəsi yenidən qıza qaytarılmışdı.

Daha bir hadisə

  Almaniyanın Erfrut şəhərində 28 yaşlı zibil yığan firmanın işçisi zibilliyə atılmış divanda €10 000 pul tapmışdı.
  Gənc pulu tapan kimi, onu polisə təhvil verdikdən sonra məlum olmuşdu ki, pulu divanın altına gizlədən təqaüdçü cütlük yaşayış yerlərini dəyişdikləri üçün evlərindəki köhnə divanı özləri aparmayaraq zibilliyə atmışdılar. İçindəki pulu isə hələ uzun zaman əvvəl gizlədikləri üçün unutmuşdular.
  Qanunvericiliyə görə zibil yığan şirkətdə işləyən gəncə tapıntının 3%-i veriləcək. Qocalar isə özləri də ona mükafat verəcəklərini söyləyiblər.

Comments