Berlində Hitleri Pərt Edən Qaradərili İdmançı və ABŞ Prezidentinin Gözlənilməz Hərəkəti.

   1936-cı ildə Berlində keçirilən olimpiya oyunları Hitlerin ariilərin dünyanın bütün irqlərinin ən yüksək pilləsi olduğunun sübutu olmalı idi.
Lakin Hitlerin bu planını qara dərili ABŞ idmançısı Cessi Ouens pozdu. Qara dərili idmançı 100 və 200 metrlik qaçışı, 4x100 metrlik estafeti (dünya rekordu ilə) və uzağa atlanmanı qələbə ilə bitirərək Berlində dördqat olimpiya çempionu oldu.
   Məşhur şəkil isə onun sonuncu qələbəsindən sonra çəkilmişdi. O, mükafatlanma vaxtı hərbi salam verməsi ilə yadda qalmışdı. Bu hərəkəti ilə tək bir qara dərili idmançı gələcəkdə Hitlerə qarşı hələ uzun müddət silahla müqavimət göstərə bilməyən ölkələrin edə bilməyəcəyini etmişdi. Lakin birbaşa Hitleri əsəbiləşdirən idmançını ABŞ prezidenti Ruzvelt təbrik etməmişdi və hətta ağ evə bütün qaliblər çağırsa da onu dəvət etməmişdi. Səbəb isə onun cənub bölgələrində seçkilərdə səs itirməkdən qorxması idi.

Comments