Cəmi 1000$-a Arzuladığımız Evlər


   Çox vaxt içərisi ağacla işlənməli, meşədə və ya təbiət qoynunda olan evlərə baxaraq dərindən ah çəkirik. Əlbəttə ki, çəkərik! Axı o evlər heç də ucuz deyil. 

   Amma Kanada və Amerikada maraqlı bir firma var. Arched Cabins adlı tikinti şirkəti insanların arzularını çox ucuz qiymətə reallaşdıra bilir. Çünki arka formalı evlərin tikilişi ilə məşğul olan bu firma cəmi 1000 – 5000 dollar arası dəyərində insanların arzuladığı evləri tikir. Tikinti materialları polad dirəklərdən, taxta karkasdan, izolyasiya qatından və polad örtükdən olan bu evlər cəmi 1000 dollar ilə 5000 dollar arasında dəyişir.  
   Nə isə çox danışmayım gəlin evlərə baxaraq bir anlıq yenidən ah çəkək. :)




    Sizi bilmirəm, amma mən bu şəklə heyran oldum. 
  Nəticə bəs nədir? Məncə nəticə odur ki, seçimimizi özümüz etməliyik. Arzularımız o qədər bahalı deyil. Sadəcə ona fərqli formada yanaşmalıyıq.

Comments