Tanış Olun! Dünyanın Ən Qoca 26 Yaşlı Pişiyi.

   Korduroy (Corduroy) Ginnes Rekordlar Kitabına düşən dünyanın ən yaşlı pişiyi hesab edilir. Onun 26 yaşı var. Bu isə pişik ili ilə hesablasaq 121 ilə bərabərdir. Yaşlı olmağına baxmayaraq Korduroy özünün heç də yaşlı hesab etmir və gündəlik aktiv həyatından da qalmır.

   Korduroyu sahibi Eşli Rid Okuraya (Ashley Reed Okura) hələ 7 yaşı olanda hədiyyə etmişdilər. 
   Tamamilə sağlam olmasına baxmayaraq sahibləri Korduroya böyrəklərində narahatçılıq yaranmasın deyə aşağı proteinli yeməklər verirlər. 
   Həmçinin onu da qeyd edək ki, Korduroyun qardaşı da uzun ömürlü pişik olmuşdu və o, 19 il yaşamışdı.












Comments