Günlərin bir günü ata ilə oğul "Google"-dan bir qədər fərqli üsulla axtarış vermək məcburiyyətində qalmışdılar. Onlar sorğunu internetlə yox, faksla vermişdilər. Maraqlısı isə onda idi ki, sorğularına cavab gəlmişdi.
Ümumilikdə tərcümə belədir.
Sorğu: Hörmətli Google. Hazırda yay düşərgəsində olduğumuz üçün bizim internetə giriş imkanımız yoxdur. Ancaq bizə bir məlumat almaq lazımdır. Bizi “Deichhörnchen” sözü maraqlandırır. Onun nə canlı olması, harada yaşaması və nə ilə qidalanması maraqlıdır. Həmçinin sizin maliyyə formanız reklam vasitəsi ilə olduğunu bildiyimiz üçün reklamı elə cavab məktubuna da yaza bilərsiz. Əvvəlcədən təşəkkür!
Cavab: Hörmətli Tim! Hörmətli Mixael! Sorğunuz üçün sizə əvvəlcədən təşəkkür edirik. Çox güman ki, siz “Eichhörnchen” nəzərdə tuturdunuz. Sorğunuza görə şəkilləri də görə bilərsiniz.
Comments
Post a Comment