Gözlərini, ağzını və qulağını tutan üç meymunu çoxları hazırda yalnız telefonda olan smayl (smiley) kimi tanısa da, əslində onların mənası daha dərin və da zəngindir.
Bu meymunlar pisliyin, şərin qarşısını alan buddizm ideologiyasını simvolizə edir. Üç meymuna Yaponca “sandzaru” və ya “sambiki no saru” deyilir. Buddizm ideologiyasının mənası isə ondan ibarətdir ki, “əgər mən pislik (şər) görmürəmsə, onun haqqında eşitmirəmsə və onun haqqında danışmıramsa mən ondan qorunuram”.
Görməmək, eşitməmək və danışmamaq ifadəsi Yaponca “midzaru”, “kikadzaru” və “ivadzaru” deməkdir. Sözlərə əlavə olunan “zaru” inkar şəkilçisi özü “saru” kimi səslənir və bu da yaponca meymun deməkdir. Bu da simvolikada məhz meymunların olmasına ehtimal edir.
Comments
Post a Comment