LIGO Scientific Collaboration layihə tərkibində işləyən alimlər bəyan edərək bildirmişdilər ki, onlar laboratoriya şəraitində qravitasiya dalğalarını təyin edə biliblər.
Maraqlısı isə ondadır ki, biri Luiziana ştatının Livinqston şəhərində, digəri isə Vaşinqton ştatının Henford şəhərində olan rəsədxanaların hər ikisi də bu bəyanatı etmişdi.
Maraqlısı isə ondadır ki, biri Luiziana ştatının Livinqston şəhərində, digəri isə Vaşinqton ştatının Henford şəhərində olan rəsədxanaların hər ikisi də bu bəyanatı etmişdi.
Bəs qravitasiya dalğaları nədir və nəyə görə alimlər onun üzərində bu qədər işləyirlər? Bu bütün kainatda olan titrəyişlərdir. Bu titrəyişlər yüksək energetik kosmik hadisələrdən, ulduz partlayışlarından və hətta qara dəliklərin yaranmasından əmələ gəlir.
Alimlərin analizlər nəticəsində qravitasiya dalğaları 1,3 milyard il bundan qabaq iki qara dəliyin bir-birinə fırlanaraq yaxınlaşması və nəticədə bir-biri ilə toqquşmasından yaranıb. Qeyd etmək lazımdır ki, bu qara dəliklərdən biri günəşdən 29 dəfə, digəri isə 26 dəfə böyük idi və toqquşma nəticəsində saniyənin kiçik bir anında çox böyük enerji yaranıb.
Qravitasiya dalğalarını hətta 100 il bundan əvvəl 1916-cı ildə Albert Eynşteyn də nisbilik nəzəriyyəsində qeyd etmişdi.
Qravitasiya dalğalarının tapılması nisbilik nəzəriyyəsi aspektindən mühüm rol oynayır və hətta bundan artığını da. Bu sözün əsil mənasında kosmosun və kainatın öyrənilməsində yegənə olan üsulun elektromaqnit dalğalarının olmayacağı deməkdir. Massaçusets Texnologiya İnstitutunun astrofiziki Skot Hyuzun sözlərinə görə bu dalğalarla artıq işıq saçmayan və indiyə kimi tapmaca qalan qara dəlikləri və neytron ulduzlarını öyrənmək mümkün olacaq.
Comments
Post a Comment