Peşəsini Həyatından Üstün Tutan Fotoqrafın Son Şəkilləri.


   İndiki dövrdə hər kəs ixtisas artırmaq üçün fərqli kurslara, seminarlara, tədris mərkəzlərinə gedir. Sözsüz ki, bunların hamısı yaxşı cəhətdir və bunları etmək lazımdır.
   Ancaq, bütün bunlara baxmayaraq, onları tamamlayan əsas cəhət bir çox insanlarda yoxdur. Bu da etdiyin işi həqiqətən sevmək və onu öz həyatınla eyni dərəcədə qiymətləndirməkdir. Digər tərəfdən fikirləşəndə isə heç nə həyat qədər, sağlamlıq qədər vacib deyil demək olar. Amma bunun əksinə inananlar da var. Bu insanlardan biri də Amerikalı fotoqraf Robert Landsburq idi. O, 1980-ci ildə Oreqon ştatındakı Sent Helens vulkanının püskürməsini çəkirdi.  
   Hələ aprel və may ayının əvvəlində o vulkana gedən yolları dəfələrlə gedərək, ona uyğun bir yer axtarırdı. 18 mayda isə özünə uyğun və vulkanın püskürmə yerinə yaxın bir yer tapdı. 
   Nəhayət vulkan püskürməyə başlayanda Robert vulkandan cəmi 6 kilometr aralıda idi. Kamerasını ştativə bərkidərək şəkilləri çəkməyə başladı.  Kül Buludu isə qalxmağa və hər yeri bürüməyə davam edirdi. Lakin, Robert  şəkillər çəkməyə dayanmırdı. Artıq gec olanda və qaçmağa imkanı olmadığını biləndə isə o, kamera plyonkasını ilə kameranı bel çantasına qoyaraq onu bədən ilə örtdü. Çantada həmçinin şəkli və sənədi olan portmanatı (çox güman ki, tanınma zamanı çətinlik yaranmasın deyə) da var idi.
   17 gün sonra Robertin bədəni küllər içərisində tapıldı. Çantada isə onun kamerası, sənədi və çəkdiyi qatil vulkanın son şəkilləri var idi. 








Comments