Skip to main content
İnsan Bədənindəki Əzələlər Haqqında 16 Maraqlı Fakt.
- İnsan bədənində ümumilikdə 640-dan 850-yə qədər əzələ mövcuddur.
- Adi yerimə zamanı bədənimizdə 200-ə yaxın əzələ işləyir.
- Əzələ piydən 15% daha sıx və daha ağırdır və buna görə də idmançı bədəni kökdən daha kiçik görünsə də ondan daha ağır ola bilər.
- İnsan bədəninin ən dözümlü əzələsi ürək əzələsidir.
- Ən qısa əzələ qulaq içində olan əzələdir ki, onun uzunluğu 1,27 millimetrdir.
- Ən uzun əzələ ön bud boyu uzanan əzələdir.
- Ən sürətli əzələ gözlərimizi qırpan əzələdir.
- Ən güclü əzələ dil və çeynəmə əzələləri hesab edilir.
- Ürək əzələsinin dözümlülüyü təxminən 100 ilə hesablanır.
- Üz əzələləri insan sayca bütün əzələlərin 25%-ni təşkil edir.
- Gülüş zamanı 17 qrup əzələ işləyirsə, qəzəblənəndə bunların sayı 43-ə bərabərdir.
- Öpüş zamanı isə 29-34 əzələ qrupu işləyir.
- Son araşdırmalar nəticəsində sübut olunmuşdu ki, əzələ məşqi növbəti nəslin əzələ quruluşuna təsir edə bilir. Belə ki, məşqlər nəinki insana, həmçinin onun genetikasına da təsir edir.
- Dünyada yalnız hər 6 insandan birində uzun ovuc əzələsi mövcuddur. Bu əzələ heyvanlarda caynaq çıxarmaq üçün lazım olduğuna görə insanlarda bu əzələ rudiment hesab edilir.
- Alimlərin araşdırmasına görə, ürək və əzələ üçün ən faydalı məhsullardan biri təmiz acı şokolad hesab edilir.
- İnsan yaşa dolduqca və xüsusən də 40 yaşdan sonra ildə 2-3% 60 yaşdan sonra isə ildə 5%-ə qədər əzələ kütləsini itirir.
Comments
Post a Comment