Monqol İmperiyasının beşinci xaqanı Xubilay xan hakimiyyətdə olduğu müddətdə iki dəfə Yaponiyaya hücum etməyi qərara almışdı. Lakin, onun hər iki cəhdi yarımçıq qalmışdı. Buna səbəb isə onun hücumlarının qarşısını alan güclü tayfunlar olmuşdu.
Bunu görən yaponlar isə bu hadisəni ilahi qüvvə hesab edərək onu “kamikadze” adlandırmışdılar. Kamikadze isə "ilahi külək" (kami — "ilah", kadze — "külək") mənasını verirdi.
İkinci dünya müharibəsi zamanı düşmənləri ilə texnikada bir qədər zəif olan yaponlar, düşmən ordusuna qarşı başqa bir üsul istifadə etməyə başladılar. Onlar təyyarələri partlayıcı ilə yükləyərək vətənləri uğrunda ölümə hazır olan pilotlarla düşmənə tərəf uçub təyyarəni düşmən gəmiləri ilə toqquşdurub partladırdılar. Həmin pilotlara isə “Kamikadze” deyilirdi.
İlk kamikadze hücumu 1944-cü ildə 21 oktyabrda keçirilmişdi. Adı bilinməyən kamikadze pilot 200kq partlayıcı ilə Avstraliyanın eyni adlı gəmisinə tərəf uçaraq onunla toqquşmuşdu. Toqquşmadan sonra təyyarədəki partlayıcı partlamasa da, gəmi heyətindən, gəmi komandiri də daxil olmaqla 30 nəfər həlak olmuşdu. Gəmi isə təmir üçün Avstraliyaya qayıtmışdı.

Comments
Post a Comment