Mançester Yunayted Komandasını Bir Anda Yox Edən Münhen Faciəsi

   6 fevral 1958-ci ildə dünya Manchester United üçün oynayan möhtəşəm futbolçuların bir hissəsindən məhrum oldu. Həmin vaxtı  Qırmızı Şeytanlar Avropa çempionatının oyunlarında Belqradın Srvena Zvezda komandası ilə ikinci oyundan uğurlu nəticə əldə edərək növbəti mərhələyə vəsiqə qazanıb, ölkəsinə qayıdırdı. 

   Həmin zamanlarda təyyarələr bir dəfəyə uzun məsafəni uça bilmirdilər. Ona görə də təyyarə Belqraddan qalxaraq Münhenə düşüb, oradan yenidən yanacaq dolduraraq evə uçmalı idi. Təyyarə Münhenə düşəndə hava uçuş üçün yararlı deyildi və güclü qar yağırdı. Lakin komanda ölkə çempionatına çatmalı idi və pilot havaya baxmayaraq təyyarəni uçurmaq qərarına gəldi. 
   Güclü yağan qarın nəticəsində uçuş zolağının sonunda xeyli sulu qar yığılmışdı və məhz bu da qəzaya səbəb oldu. Təyyarə sulu qara girdikdən sonra yerdən aralana bilmədi və zolaqdan çıxaraq qanadı ilə evlə toqquşdu. 
   Qəza nəticəsində təyyarədə olan 44 nəfərdən 23 ü həlak oldu. 21 nəfər hadisə yerində, 2 nəfər isə aldığı zədə nəticəsində dünyasını dəyişmişdi.  Həlak olanlar arasında 8 futbolçu və məşqçi heyətindən 3 nəfər var idi. Sağ qalan futbolçulardan indi yalnız üçü qalıb. Onlardan əfsanəvi Bobbi Çarlton, Bill Foulks və qəzada digərlərinə xilas olmağa kömək edən qapıçı Qarri Qreqdir.
   Qəzanın səbəbkarı isə təyyarənin kapitanı Ceym Teyn hesab edilmişdi. Onu təyyarə qanadlarında yığılmış buzlardan təmizlənməmiş uçuşa görə günahlandırırdılar. Lakin 10 il sonra qəzanın əsil səbəbi sulu qar olduğu sübut edilmişdi və Ceyms azadlığa çıxmışdı. 

Comments