NASA hələ 50 il bundan əvvəl 1969-cu ildə olan “Apollon-10” gəmisinin heyəti Tomas Stafford, Con Yanq və Yudjina Sernana arasında olan söhbəti yalnız indi yayımlayıb.
Bu müəmmalı hadisə isə belə baş vermişdi: Ayın qaranlıq tərəfindən uçuş zamanı gəmi heyəti bir saat ərzində melodik fitə oxşayan qəribə mahnı eşitmişdi. Bunu öz aralarında müzakirə edən astronavtlar həmin anda bu hadisəni rəhbərliyə məruzə etməməyi qərara almışdılar. Çünki onları səhv anlayaraq, onlarda psixiki pozuntu olduğunu düşünüb və növbəti uçuşlara buraxmaya bilərdilər.
Bütün bunlara baxmayaraq astronavtlar həmin “kosmik musiqini” yazaraq, daha sonra NASA qərargahına vermişdilər. Mütəxəssislərin sözlərinə görə isə orada heç bir xüsusi səs yox idi və çox güman ki, radiocihazlarda baş verən küylərdən yaranan səslər idi. Qəribə hadisə isə ondan ibarətdir ki, hadisədən bir neçə ay sonra “Apollon-11” gəmisinin heyəti Maykl Kollinz ayın qaranlıq yerindən uçan zaman yenidən eyni musiqini eşitmişdi. NASA isə yenidən bu hadisəni radiosiqnallarla əlaqələndirmişdi.
Həqiqət isə haradasa oradadır :)
Nasa şox şeyi gizlədir o qədər gizli şeylər varki
ReplyDelete