Qəhvənin İnsanlarda Asılılıq Yaratma Forması.

   Narkotik maddələrdən asılılıq hər birimiz eşitmişik. Onlarla yanaşı hələ 1994-cü ildən kofein asılılığı da sübut olunub və çoxlu qəhvə içən adamlarda kofein asılılığı yaranması da məlumdur. Bəs bu proses necə baş verir? Gəlin oxuyaq. 

   Qəhvəni içəndən sonra o, nazik bağırsağa çatdığı vaxtda sovrularaq qan damar sisteminə ötürülür. Maye mühitdə kofeinin həll olunması da qanın onu yad maddə kimi görməməsinə səbəb olur. Qan damarına girən kofein isə qısa zamanda beyinə də çatır. Əsas məsələ də elə bundan sonra başlayır. 
   Bizim beynimizdə Adenozin adlı maddə var ki, o maddə insanda yorğunluq və yuxu hissini yaradır. Digər maddənin adı isə Dopamindir. Bu maddə isə bizə aktivlik, gümrahlıq, ayıqlıq verir.  Biz qəhvə içdiyimiz zaman isə kofeinin tərkibi adenozinə oxşadığından, o beyinə çatan kimi adenozinin yarandığı zaman onların yerləşməli olduğu beyin hüceyrələrinə daxil olur. Bu isə adenozinin yaranmasının qarşısını alır və nəticədə beyində  həyəcan və ayıqlıq  siqnalı çalınır. Nəticədə sürətlə dopominin ifrazına səbəb olur ki, bizim "qəhvə  yuxu qaçırır" deməyimizə gətirib çıxarır. 
   Asılılıq isə beyində kofein olduğu zaman onu boğmaq və bərabərlik yaratmaq üçün beyinin daha çox adenozin ifraz etməsindən sonra yaranır. Nəticədə də bir müddət sonra qəhvə içməyəndə çoxlu ifraz olunmuş adenozin nəticəsində yorğunluq, baş ağrısı hiss edirik və bunu aradan qaldırmaq üçün qəhvədən asılılıq hiss edirik. 
   Şad xəbər isə bu asılılığın digər asılılıq kimi qorxulu deyil və lazım gəldikdə ondan qurtulmaq üçün cəmi 7-12 günün tələb olunur.

Comments