Britaniyanın Kənd Həyatı (məişəti) Muzeyində (Museum of English Rural Life) 155 yaşı olan qədim bir siçan tələsi işə düşərək siçan tutub.
Reding Universitetində 155 yaşı olan bu tələnin tutduğu son siçanın müqəvvasının düzəldilməsi qərara alınıb. Həmçinin tələnin yaşına baxmayaraq hələ də işlək olmasına sübut üçün siçan müqəvvasının yanına qoyulması da qərara alınıb.
Perpetual (əbədi, daimi, istifadə müddəti bitməyən) adlı tələ 1861-ci ildə Colin Pullinger tərəfindən yaradılmış və patentləşdirilmişdi. Tələnin özü qəddar olmamağı ilə seçilir və tələyə düşənləri öldürmür. Sadəcə olaraq onları hərəkətsiz hala gətirir.
Bu hadisə isə dünyada istənilən məhsulun uzun müddətli istifadə mümkünlüyü mövcudluğunu bir daha sübut edir.
Comments
Post a Comment