Çin Milli Kosmik İdarəçilik mərkəzi ilk dəfə olaraq ayın səthinin rəngli şəkillərini yayımlayıb. 2013-cü ildə Chang'e 3 zondu ilə çəkilən şəkillər yalnız indi bütün dünyaya göstərilir. Qeyd etmək lazımdır ki, əvvəllər gördüyümüz bütün şəkillər ağ-qara idi.
Chang'e 3 missiyasına 2013-cü ilin dekabrında start verilmişdi. Beləliklə də Sovetlərdən və ABŞ dan sonra Çin aya kosmik aparat göndərmiş üçüncü ölkə olmuşdu. Verilən məlumatlara görə zond ayda onun landşaft təbiətini öyrənir və ionosfer müşahidəsini aparır. Zondun üzərində panoram kamera və müxtəlif spektrlərdə işləyən radio-radar var.
Chang'e 4 missiyası isə 2018-ci ilə planlaşdırılır və həmin zonddan gələn şəkillərin isə necə möhtəşəm olacağını təsəvvür belə etmək mümkün deyil.
Comments
Post a Comment