6 fevralda dünya tarixində ilk dəfə olaraq meteoritdən həyatını dəyişən insan olub. Hindistanın Tamilnad ştatında düşən meteorit nəticəsində evə piyada qayıdan avtobus sürücüsü dünyasını dəyişib. Ondan başqa daha 3 nəfər də xəsarət alıb.
Ümumilikdə qeyd etmək lazımdır ki, meteoritlər insanlara çox nadir hallarda xəsarət yetirir. Hətta Rusiyada Çelyabinskə, şəhərə düşən meteorit nəticəsində minlərlə bina zədələnmiş, minə yaxın adam xəsarət alsa da dünyasını dəyişən olmamışdı. (Əslində Çelyabinsklilər o qədər sərtdirlər ki, meteorit onlar üçün yağan qar hesab edilir)
Tarixdə ilk hadisə olsa da, 1870-ci ildə yazılmış “Meteoritlər, aerolitlər, tufanlar və atmosfer hadisələri” kitabında güclü daş yağışı nəticəsində həlak olan insan göstərilmişdi. Lakin bu tarixi fakt kimi sübut olunmamışdı.
mənbə: arstechnica
Comments
Post a Comment