Tarixin İlk Soyqırımı və Ailəsini Ölümə Atan Qorxaq Rəhbər.

   Üçüncü Pun müharibəsi zamanı Qədim Romalılar Karfagenliləri mühasirəyə almışdılar.
Yerliəhali 2 il müddətinə tab gətirsə də nəticədə təslim olmağa məcbur qalmışdılar. Romalılar təslim olanları əsir götürərək 55 min nəfəri qul kimi satmışdılar. Karfagenlərin hərbi rəhbəri Qasdrubal və davamçıları isə yaxşı müdafiə olunan məbəddə gizləndilər.
   Romalılar məbəddəkiləri buraxmaq istəmirdilər və içəridə aclıqdan əziyyət çəkənlər əsir düşməmək üçün məbədi içəridən yandırmağı qərara aldılar. Lakin, Qasdurbal bunu etmədi və məbəddən çölə qaçaraq bağışlanması üçün yalvarmışdı. Onun həyat yoldaşı isə məbəddə qalaraq üç uşağı ilə diri-diri yanmışdı.
   Romalılar Karfageni yandıraraq yerlə yeksan etmişdi və daha sonra üzərinə duz səpmişdilər ki, orada bir daha həyat olmasın.

Comments