Dünyanın Ən Məşhur və Qeyri-Adi Gözəlliyi Olan 9 Kitabxanası.

Hər bir kəsin inkişafı üçün sözsüz ki, ilk öncə ailənin, daha sonra isə kitabların təsiri böyükdür. Kitab oxumaq isə bəzən adət yaranmasını tələb edir. Bu adəti gözəl mühitdə yaratmaq isə daha asan və daha xoş olduğundan sizə dünyanın ən gözəl və ən qeyri-adi kitabxanalarını paylaşmaq qərarına gəldim. 

London, Böyük Britaniya.
Britaniya Milli Kitabxanası. 
Kitab sayına görə dünyanın ən böyük kitabxanası hesab edilir. Burada 170 milyondan çox kitab nüsxəsi saxlanılır. Dəyərlilərə misal olaraq – Leonardo da Vinçinin əl yazıları, Qutenberq İncilinin iki nüsxəsi var. Həmçinin kitabxananın Krallıqda çap olunan hər bir kitabın bir nüsxəsinə pulsuz sahib olma hüququ var. 




Vaşinqton, ABŞ. 
Konqres kitabxanası. 
Kitab sayına görə dünyada ikinci kitabxanası sayılır. Burada kitabların sayı 160 milyondan çoxdur. Əsası 1800-cü ildə qoyulub.  1851-ci ildə isə kitabların bir hissəsi yanmışdı. Kitabxanada Romanovlar çar ailəsinin kitab kolleksiyaları var. Həmçinin Sibirli tacir bibliofil Gennadiy Yudinin kitab kolleksiyası da var. 


Sietl, ABŞ. 
Şəhər kitabxanası. 
İçəridə 9906 kitab rəfi var ki, bu da 1.5 milyon kitab üçün hesablanıb. Hazırda isə 1 milyon kitab var. İçəridə isə heç bir yerdə pilləkən yoxdur. Yalnız pandus və eskalatorlar var. 2007-ci ildə isə bina ABŞ-ın 150 ən maraqlı tikililəri siyahısına düşüb.


İcveçrə, Sankt-Qallen. 
İsveçrənin ən qədim kitabxanası hesab edilir. Həmçinin Avropanın ən qədim kitablarının və manuskriptlərin saxlandığı yerlərdən biri hesab edilir. Yaradılma tarixi isə VIII əsr hesab edilir.  Yolunuz düşsə gedə bilərsiz. Belə ki, qonaqlar üçün açıqdır.


Hollandiya, Delft.
Texniki universitetin kitabxanası. 

Kitabxana 4 təhsil səviyyəsinə bölünüb və içəridə 1000 iş masası var. Kitablar isə şüşə elevatorlarla verilir.  


Misir, İsgəndəriyyə.
İsgəndəriyyə kitabxanası. 
Kitabxana qədim İsgəndəriyyənin yerində tikilib. 160 metr diametri olan şüşə tavan isə dənizə baxır və günəş saatını xatırladır. Divarlar isə dünyanın 120 yazı sistemi ilə örtülüb. Kitab saxlancı isə yerin altındadır. 


İrlandiya, Dublin. 
Triniti-Kollecinin kitabxanası. 
Əsası 1592-ci ildə qoyulub. Kitab fondu 6 milyona bərabərdir və onlar arasında 800 il əvvəl İrlandiyalı rahib tərəfindən yazılmış 4 Evangeliyalı Kells kitabı da var. 


Portuqaliya, Koimbra. 
Joanina kitabxanası. 
Kombra universitetinin kitabxanası hesab edilir və 1717-1728-ci illərdə tikilib. Barokko üslubunda tikilən ən gözəl kitabxana hesab edilir. 





Kanzas-Siti Missuri, ABŞ.
Şəhər kitabxanası. 
Kitabxanada milyondan artıq kitab və illik 2.5 milyon oxuyucusu var. 

Comments