Təbiət Tərəfindən Udulan Kənd

   Şanxaydan şərqdə Şenqşan adlı ada və bir zamanlar bu adada 2000 balıqçının yaşadığı Houtouvan adlı kənd var. Bir zamanar ətraf sulardan çıxan balıqlar buraya xeyli balıqçıları cəlb etmişdi və kənd sürətlə böyümüşdü. 1990-cı illərdə isə balıqdan gələn gəlir artıq o qədər də fayda vermədiyindən, balıqçılar kəndi tərk edərək öz evlərinə qayıtdılar. 
   Tənha qalan kənd isə isti və rütubətli subtropik iqlimin təsiri altına düşərək, orada sürətlə bitən sarmaşıqların arasında qalaraq udulmağa başladı. Günümüzdə kənd demək olar ki, tamamilə sarmaşıqlar tərəfindən udulub. Yaranan mənzərə isə möhtəşəmlikdən başqa sözlə əvəz edilə bilməz.















Comments