Təsadüf Nəticəsində Yaranan Məşhur Oyuncaq Yaylar Və Onların Əsil Adı.

   1943-cü ildə Riçard Ceyms Tompson adlı mühəndis dəniz dalğalanması zamanı yaranan yırğalanmanın qarşısını almaq üçün yaylarla işləyirdi.
Bir gün o, masadan qalxarkən yaya toxunur və yayın əvvəlcə masadan stula, oradan da yerə doğru hərəkət etdiyini, sonda isə döşəmədə az öncə olduğu vəziyyətdə yığıldığını gördü. Elə həmin andaca bunun yaxşı oyuncaq ola biləcəyini düşünən mühəndis bir il ərzində ona tam uyğun olan dəmir materialını tapana kimi sınaqlar apardı. 
   Hər şey hazır olduqdan sonra o, həyat yoldaşı ilə birlikdə şəxsi bizneslərini yaradaraq “Slinky” adlı oyuncağı yaratdılar. Slinky qısa müddət ərzində bütün dünyada məşhurluq qazandı. Daha sonralar isə bizə daha tanış olan “göy qurşağı” rəngində növləri də yayılmağa başladı. 


Comments

Post a Comment