Məşhur İtalyan yazıçısı Umberto Eko 19 fevral tarixində, 84 yaşında dünyasını dəyişdi. Onu sevənlər üçün ağır zərbə olsa da, onun əsərləri onu hələ uzun müddət yaddaşlarda saxlayacağı dəqiqdir.
Eko daha çox “Qızılgülün adı”, Fukonun rəqqası” , “Bir gün əvvəlki ada”, “Baudolino”, “Şahzadə Loananın sirli alovu”, “Praqa məzarlığı” adlı əsərləri ilə tanındığı üçün, onlardan ən maraqlı sitat və aforizmləri seçərək hələ oxumayanlar və ən azından rus dilini bilməyənlər üçün, öz sözlərimlə tərcümə edib, paylaşmağı qərara aldım.
• Hər yerdə mən sakitlik axtarırdım və yalnız bir yerdə onu tapdım – küncdə, kitabla.
• Qorxmuşu başqa adamın qorxaqlığı kimi heç nə ürəkləndirə bilməz.
• Əgər axmaq sizə ətrafdakı hər kəsin axmaq olduğunu deyirsə, onun özünün axmaq olması faktı, onun səhv danışdığına dəlalət etmir. Əgər o desə ki, qalan hər kəs “onun kimi” axmaqdır, o zaman o, öz ağlını göstərər.
• Ancaq kiçik insanlar tamamilə normal görünürlər.
• Sonda axmaq kimi görünməmək üçün, əvvəldən müdrik görünməməyi üstün tuturam.
• Yalan danışmağı bacarmaq – insanı heyvandan fərqləndirən çox az saylı şeylərdən biridir.
• Başqasının axmaqlığı səninkini heç vaxt azaltmaz.
• Bir çox problemlər ancaq o nəticə ilə həll olunur ki, onların həlli yoxdur qərarı verilir.
• Təhsilli olmaq hələ ağıllı olmaq demək deyil.
• Bütün şairlər pis şerlər yazırlar, ancaq pis şairlər onları dərc edirlər, yaxşı şairlər isə - yandırır.
Comments
Post a Comment