Vulkanda Yaşayan Yaponlar.

   Bizə vulkana çıxaq desələr yəqin ki, o dəqiqə "birdən də püskürdü?" deyərək min bəhanə ilə bu təklifdən yan keçərik.
Amma Yaponlar bizim kimi deyil. Yaponiyada yerləşən Aoqasima vulkanı okean ortasında yüksələn və ada yaratmış vulkandır. İlk baxışdan yaşayış üçün yararsız yerə oxşayan bu vulkan ada digər ölkələrə aid olsaydı, bəlkə də yaşayışsız bir yer olardı. Amma bu Yaponlara aid deyil. Hər şeydən istifadə edən yaponlar hətta bu vulkandan da istifadə edərək, burada Aoqasima adlı kənd salıblar. 214 nəfər əhalisi olan bu kənd tam olaraq vulkanın yaratdığı kalderada yerləşir. 
   Maraqlısı isə ondadır ki, vulkanın son püskürmə vaxtı 1785-ci ilə təsadüf edir. Bu isə Aoqasimanın tam olaraq sönmüş vulkan hesab edilməsinə şübhə yaradır. 
  Əslində kənd yeni salınmayıb və 1785-ci ildə olan püskürmə zamanı 61 ev yanmış, 7 nəfər isə həlak olmuşdu. 
Biz isə onların hələ də hansı niyyətlə yanan tava üzərində yaşamalarını düşünək. 

Comments