1989-cu ildə Xokkey oyununda şayba üstündə gedən mübarizədə rəqib oyunçunun konkilərinin ülgücü qapıçı Klint Malarçukun boğazını kəsmişdi.
Həmin anda qan sel kimi axaraq bir anda buzun üstünü örtdü. Yaranan mənzərədən hətta oyunu izləyənlərdən 11 nəfər huşunu itirmiş, iki nəfərdə ürək tutması olmuş, üç xokkeyçinin isə mənzərə dözə bilməyib elə meydana qaytarmışdılar.
Malarçuk isə ayağa qalxaraq meydanı özü tərk etmişdi. “Mən bilirdim ki, anam televizorla oyuna baxır və onun gözləri önündə ölmək istəmirdim” demişdi o. Məşqçinin operativliyi və bilikləri (Vyetnamda xidmət etmiş keçmiş hərbi həkim) nəticəsində isə o sağ qalmış və karyerasını davam etdirmişdi.
2008-ci ildə isə o, təsadüfən tüfənglə öz başına atəş açmışdı və qəribə də olsa onda da sağ qalmışdı.
Comments
Post a Comment