Economist Intelligence Unit (EIU) Ekspertləri 2015-ci il üçün nəticə çıxararaq Yaşanılası Ən Yaxşı Şəhərlərin (Global Liveability Ranking 2015) siyahısını tərtib ediblər.
Siyahını tərtib edərkən ekspertlər əsas 5 kateqoriyada qiymət verirdilər. Bunlar: stabillik, səhiyyə, mədəniyyət/ətraf mühit, təhsil və infrastruktur. Xallar 1 dən (dözülməz) 100-ə (ideal) kimi verilirdi. Nəticədə iştirak edən 140 şəhərdən ilk onluğa daxil olanlar aşağıdakı şəhərlərdir.
10. Toronto.
Bu şəhər daima ilk sıraları tutur. Şəhər inkişafı, stabilliyi, biznes yatırmaq üçün şəraiti ilə seçilir. Ən əsası isə Şimali Amerikada ikinci ən böyük nəqliyyat sisteminə malik şəhər olmasına baxmayaraq burada tıxaclar olmur.
9. Berlin.
Şəhər yüksək inkişafına baxmayaraq, heç də bahalı şəhər statusunu daşımır və burada yaşamaq rahatdır. Şəhər yüksək tolerantlığı ilə seçilir.
8. Münhen.
İkinci alman şəhəri digərindən yaşayış dəyərinə görə daha bahalı olsa da burada ekoloji şərait, xeyli yüksəkdir. Mərkəzdə hündür binalar yoxdur və 20-dən çox nəhəng parklar var.
7.Tokio.
13.3 milyon əhalisi olmasına baxmayaraq Tokio ən rahat şəhərlərdən biri hesab olunur. Nəqliyyat sistemi isə problemsiz, ekoloji şərait də yüksək səviyyədədir.
6. Oklənd.
Yeni Zelandiyanın bu şəhəri elə ölkəsi kimi təbii şəraiti və ekoloji təmizliyi ilə xüsusi dərəcədə seçilir.
5. Sürix.
İsveçrənin bu şəhəri yüksək yeri orada olan 50 muzey və 100 dən çox qalereyalara görə və ən əsası da təhlükəsizliyinə görə tutub. Burada cinayət halları nadir hadisələrdəndir.
4. Sidney.
4 Milyonluq şəhər təmizliyi və sakitliyi ilə seçilir. Yaşamaq dəyəri həddindən artıq yüksək olsa da evlərin qiyməti onunla eyni səviyyədə şəhərlərdən qat-qat ucuzdur.
3. Melburn.
Çoxlu millətlərin bu şəhərdə yaşaması onu zəngin mədəniyyət mərkəzinə çevrilməsinə səbəb olub.
2. Vankuver.
Vankuver xüsusi təbiəti ilə seçilir. Burada hava daima yaxşıdır. Həyat dəyəri dünyanın böyük şəhərləri kimi baha olmasa da Kanada üçün yetərincə bahadır. Mədəni inkişaf isə burada ən yüksək səviyyədədir.
1. Vyana.
Dünyanın ən yaxşı şəhəri isə Avstriyanın paytaxtı Vyanadır. Bu şəhərin arxitekturası, sarayları, tikililəri dünya turistlərinin ən sevimli yeridir. Burada yüksək səviyyədə məşğulluq var. Cinayət hadisələri isə çox nadir haldır. Yaşayış qiyməti baha olmasa da, səhiyyə və həyat səviyəsi yüksəkdir.
Comments
Post a Comment