Zibillikdə Tapdığı Uşağa 8 İldir Baxan Evsiz Adam.

   Çində maraqlı bir hadisə baş verib. Syun adlı evsiz bir kişi 8 il əvvəl adəti üzrə zibil qutularında plastik və şüşə qabları axtaranda onun həyatını dəyişən bir hadisə baş verdi.
Zibilliklər arasında qəfil bir uşaq səsi eşidildi və Syun zibil qutusuna anası tərəfdən atılmış qız uşağı gördü. Uşağın üzərisində yalnız “o, 15 oktyabr 2007-ci ildə doğulub” yazısı var idi. 
   Çox təəssüflü haldır ki, müasir dövrümüzdə belə hadisələrə çox rast gəlinir və çox halda bu hadisələr uşağın ölümü ilə nəticələnir. Lakin Syun uşağı atan anasından daha mərhəmətli oldu və uşağı götürərək onu ölümdən qurtardı. 
   Syun Çində uşaq evlərində uşaqlarının sayının həddən artıq olduğunu bilirdi və oradakı vəziyyətin də o qədər ürək açan olmadığını da bilirdi. Məhz buna görə də uşağı özündə saxlamağı qərara almışdı. 
   Syunu narahat edən ən əsas məsələ isə qızının məktəbə gedə bilməməsidir. Çünki onun sənədi yoxdur və dövlətin bunun üçün müəyyən addımlar atacağına ümid edir. Hələlik isə o və dostları uşağa oxuyub yazmağı öyrədirlər. 

   Syun şüşə və plastik qablar yığaraq yaşayış üçün pulunu qazanır və hər il qızı Yanyanın ad gününə şəkillərini çəkir. Artıq bir xeyli fotolar da yığılıb. 
   Yaşayış şəraitinin pis olmasına baxmayaraq qız sağlam böyüyüb və ata hesab etdiyi Syun ilə yaşadığı üçün özünü xoşbəxt hiss edir. Yanyan harada yaşamasından asılı olmayaraq hər zaman atasının yanında olacağını deyir. 
   Syunun deyir ki, əlbəttə ki, uşaq bu şəraitdə yaşamamalıdır, amma bu dünyada hər şeylər olur və əgər mən onu tapmasaydım bəlkə də qızcığaz elə o zibil qutusunda da öləcəkdi. Syun dövlətin onlara qarşı diqqətini və dəstəyini gözləyir və bir gün qızına təhsil və isti ev də verəcəyinə ümid edir. Hələlik isə o, ancaq sonsuz sevgisini, özü yeməyərək Yanyana verdiyi yeməyi verərək onu böyütməyə çalışır.

Comments