XX əsrin əvvəllərində beynəlxalq təqvim islahatları əsasında bir layihə hazırlanmışdı.
“Beynəlxalq Sabit Təqvim” adlanan bu layihə də ondan ibarət idi ki, il 13 aydan, hər ay isə 28 gündən ibarət olmalı idi. Qalan artıq 1 gün isə bayram kimi qeyd ediləcəkdi. Bu təqvimin əsas üstünlüyü ondan ibarət idi ki, təqvimdə həftənin günləri ayın tarixi ilə hər zaman üst-üstə düşürdü. Belə ki ay 28 gündən ibarət olduğundan, hər ay tam olaraq 4 həftədən ibarət idi. Bu həmçinin iqtisadi baxımdan da çox sərfəli idi. Belə ki, aylarda fərq olmadığından aylıq iş gün sayı və gəlir göstəriciləri dəqiq alınırdı. Yeganə mənfi cəhət isə inanclı insanlardan gəlmişdi. Səbəb onda idi ki, hər ay ayın 13-ü beşinci günə düşəcəkdi. Bu da inanclara görə uğursuzluq demək idi. Əslində bunun da çarəsi tapılmışdı. Təqvimdə həftəyə ABŞ və bir çox digər ölkələrdə olduğu kimi həftəni bazar günündən yox, qalan digər ölkələrdə olduğu kimi bazar-ertəsindən başlamaq lazım idi.
Layihə o qədər sərfəli və uğurlu idi ki, hətta Millətlər Liqasında müzakirəyə də qoyulmuşdu. Lakin 1937-ci ildə bu layihəni rədd etmişdilər. Rədd edilməsinə baxmayaraq Kodak şirkətinin prezidenti Corc İstmen bu təqvimin qatı tərəfdar idi və 1928-ci ildən 1989-cu ilə kimi şirkəti bu təqvim əsasında işlətmişdi.
Bir tərəfdən düşünəndə bəlkə də Kodakın uzun illər davam edən uğuru bundan ibarət idi.
Comments
Post a Comment