İnsan həyatı üçün ən vacib olan elementlerdən biri sözsüz ki sudur. Hesablamalara görə kölgə və sakit şəraitdə insan 10 günə qədər susuz qala bilər. Ancaq bu yenə də limit hesab edilir. Tarixdə baş verən təsadüfi bir hadisə isə bütün elmi hesablamaları alt-üst etmişdi.
Deməli 1979-cu ilin 1 aprelində Andreas Mixaveç qəzaya düşən avtomobilin sərnişini idi və polislər Andreasın qəzaya aydınlıq gətirəcəyini düşünərək onu Hökster şəhərindəki ilkin saxlanma kamerasına salmışdılar. Hər şey də elə bundan sonra başlamışdı və polislər kameraya saldıqları Andreası tamamilə unutmuşdular. Andreas polislərin yadına yalnız 18 gün sonra düşmüşdü və polislər kameraya gedəndə bütün bu günlər ərzində yeməksiz və susuz qalan Andreası ölümcül vəziyyətdə tapmışdılar. Andreasın bərpa olunmasına isə daha 15 gün lazım olmuşdu. Çəkdiyi bütün əzabların əvəzində Andreasın ölməməklə yanaşı tək təsəllisi isə onun Qinnes Rekordlar Kitabına düşməsi idi.
Comments
Post a Comment