669 Uşağı Ölümdən Xilas Edən Ancaq Bunu Gizlədən Adam.

   1 iyul 2015-ci ildə 106 yaşında ser Nikolas Uinton vəfat etdi. Ser Nikolas əslində uzun ömürlü həyatı ilə tanınmalı olsa da, onu daha da məşhur edən ondan da böyük hadisə baş vermişdi. Məhz o, holokost zamanı alman düşərgələrindən ölməli olan 669 uşağı xilas etmişdi.  
   Bu adam 50 il ərzində 1939-cu ildə Almanlar tərəfindən işğal olunmuş Çexoslovakiyadan 669 uşağı çıxarmasını heç kəsə danışmamışdı. Hadisənin üstü isə yalnız 1988-ci ildə həyat yoldaşı çardaqda nə isə axtardığı zaman içərisində uşaq şəkilləri olan və rəngi getmiş yazılarla qeyd edilmiş sənədləri tapanda açıldı. 
   Nikolas 1938-ci ildə Londonda birja dəllalı işləyirdi və elə həmin ildə də İsveçrəyə qar xizək kurortuna getməyi planlaşdırırdı. Lakin buna dostu Martin Bleyk tərəfindən gələn zəng mane oldu. Bleyk “Xırda bir məsələ var” deyərək onu Praqaya çağırdı. 
   Praqaya çatanda Nikolas şəhər boyu böyük qaçqın düşərgələrinin olduğunu gördü. Onlar Hitler ordusunun işğal etdiyi Sudet bölgəsinin qaçqınları idi. Qaçqınlar arasında isə xeyli uşaqlar var idi və həmin anda Nikolas orada qalmağı və uşaqları xilas etməyi qərara aldı. 
   Başqa xilas etməyə kimsə yox idi. Britaniyanın qaçqınlarla işlər üzrə komitəsi isə uşaqlarla məşğul olmurdu. Ona görə də Nikolas uşaqları özü xilas etməyi qərara aldı. O, Praqada otel otağı tutaraq uşaqlarının xilası üçün bir növ şəxsi xilas proqramını yaratdı. Ailələr təki uşaqları yaşasın deyə onları gətirib Nikolasa təhvil verirdilər. Nikoals isə uşaqların şəkillərini və sənədlərini qeydiyyata alaraq, beynində hələ də bilmədiyi xilas planını düşünürdü. 
   O, təxminən 900-ə qədər uşaq qeydiyyata almışdı. Praqada hələlik bitmiş olan məsələnin davamı üçün o, Londona qayıtmalı idi və 1939-cu ilin əvvəlində geri qayıdır. Londonda Nikolas, anası və daha bir neçə könüllü özlərini “Britaniyanın Çexoslovakiyadan qaçqınlar üzrə komitəsinin uşaq bölməsi” kimi qələmə verərək uşaqlara ailə axtarmağa başladılar. Nikolas qəzetləri gəzərək orada uşaqları övladlığa götürmək istəyən ailələr üçün elanlar yerləşdirirdi. Uşaqları götürmək istəyənlər çox idi və Nikoals müəyyən şərtlər (17 yaşına çatana kimi qayğı, tərbiyə, maddi kömək) müqabilində uşaqlara ailələri təyin etdi. 
   Əsas məsələ isə uşaqlara vizalar verilməsi idi. Bu iş isə bir qədər yavaş gedirdi. Müharibə isə getdikcə daha da yaxınlaşırdı. Məhz buna görə də, daha sonra etiraflarında bilinmişdi ki, uşaqların bir çoxunun vizası saxta idi. 
   Həmin dövrdə isə Nikolas Uinstonun dostu Praqada Almanlarla dil taparaq uşaqları çıxarmaq üçün sənədləşmə prosesinə mane olmamalarına çalışırdı. 
   14 mart 1939-cu ildə içində 20 uşaq olan ilk qatar Praqanı tərk etdi. Qatarlar Nürenberq və Kölndən keçərək Hollandiyanın Hoek van Holland portundan qayıqlarla Şimal dənizi ilə üzərək Esseksə, oradan da Londona gedirdi. Məhz orada Nikolas uşaqları qəbul edirdi. Beləliklə Praqadan ümumilikdə 8 qatar çıxmışdı. Lakin onlardan yalnız 7 si gələ bilmişdi. 8-ci qatarın hərəkət vaxtı 1 sentyabr 1939-cu ildə Hitler Polşaya hücum etdiyindən sərhədlər bağlanmışdı və qatar çıxa bilməmişdi.  Beləliklə də 669 uşaq xilas olunmuşdu. 250 uşaq olan son qatardan isə xəbər gəlməmişdi. 
   Müharibədən sonra xilası olunmuş uşaqların çoxu Londonda qalsalar da, bəziləri ölkələrinə, digərləri isə İsrailə emiqrasiya etmişdilər. Xilas olunan uşaqların hazırda 70-80 yaşları var və onlar özlərini “Uinstonun övladları” adlandırırlar. 
   Həmçinin söylənilənlərə görə Uinston Londonda qatardan düşən uşaqlara yaxınlaşmırdı və yalnız qıraqdan baxırdı. Ailələr isə uşaqların yaxalarındakı yazılardan öz götürdükləri uşaqları təyin edirdilər.
   Həyat yoldaşı çardaqda tapdığı sənədlərdə Nikolasın xilas etdiyi uşaqları övladlığa götürdüyü ailələrin ünvanlarını tapdıqda Britaniyanın BBC kanalı That’s Life! verilişinə Nikolası tamaşaçı kimi dəvət etmişdilər. Veriliş zamanı aparıcı qəfil onun xilası haqqında danışmağa başlayır və sonra isə zalda olan insanlardan Nikolasın xilas etdiklərinin ayağa qalxmasını istəyir. 
   Sonralar niyə belə riskli hərəkəti etdiyini soruşanda o sadəcə çiyinlərini sıxaraq, “Başqalarının onları düşünmədiyi və ancaq sən onları xilas edə biləcəyin zaman nə edə bilərsən ki?” deyirdi



Comments