Amerikanın Qızıllarını Saxladığı Yer

   Fort-Noks (Fort Knox) hərbi bazası ABŞ-ın mərkəzində Kentukki ştatının Luisvill şəhərindən 30 mil aralıda yerləşir.
  Baza ümumilikdə 445 km² ərazini əhatə edir və ABŞ ordusuna aiddir. Amerikada bir çox hərbi bazalar olsa da bu bazanı digərlərindən fərqləndirən əsas cəhəti ondan ibarətdir ki, 1936-cı ildən bəri, burada ABŞ-ın qızıl ehtiyatları saxlanılır. Bazada təxminən 4176 tona yaxın qızıl külçələr var. Bu da ancaq Nyu-Yorkdakı Federal Ehtiyat Bankında olan qızıldan azdır.  Orada isə 5000 tona yaxın qızıl saxlanılır. 
   ABŞ-ın qızıl saxlancları dünyada ən güclü qorunan və mühafizə olunan yerlər hesab edilir.  Binanın divarları qranitdən, onun özü isə qalın betonla örtülüb. Girişdəki qapı isə 20 ton ağırlığındadır.  
   Qapının açılması üçün bir neçə şifrə bilmək lazımdır ki, o şifrələrin də hər birini fərqli adamlar bilir. Şifrələri tamamilə heç kəs bilmir. Hücum zamanı isə avtomatik özünü təminat sistemi qurulur ki, buraya qida, su və enerji ehtiyatı daxildir. Buna görə də ikinci dünya müharibəsi zamanı orada Böyük Britaniyanın Kral Reqaliyası və Böyük Azadlıq Xartiyası da gizlədilmişdi. 
   Bütün bunlarda əlavə olaraq bazanın ətrafı ağıla gəlməyən mühafizə sistemləri ilə də mühafizə olunur. 

Comments