Atlantik Okeanı İlə Aralıq Dənizi Sularının Qarışmamasının Səbəbi.

  Hələ məktəb illərindən və tez-tez paylaşılan şəkillərdən bilirik ki, Atlantik okeanın suları ilə Aralıq dənizinin suları bir-birinə qarışmadan bir sərhəd yaradır. Çoxları buna izah edilməz möcüzə desə də bunun çox aydın və anlaşılan izahı var. Beləliklə gəlin bunun sadə dillə araşdıraq. 
   Bütün bunun səbəbi səthi gərilmədədir: Səthi gərilmə suya xas olan ən əsas xüsusiyyətlərdən biri hesab edilir. O, mayedəki molekullar arasındakı tutma qüvvəsini və mayenin hava ilə sərhədindəki səthinin formasını təyin edir. Məhz səthi gərilmə nəticəsində damcı, gölməçə və s. yaranır. Mayenin buxarlanması sürəti də onun səthi gərilmsindən asılıdır. Səthi gərilmə nə qədər az olsa buxarlanma da o qədər sürətli olar. 
   Atlantik okeanla Aralıq Dənizi arasında da həmin prinsip baş verir. Aralıq dənizinin suyu daha duzlu və daha isti olduğundan, Atlantik okeanının suları ilə aralarında səthi gərilmə fərqi yaranır və sularda sıxlıq fərqi olduğundan bu da onların bir-birinə qarışmamasına səbəb olur. 
   Buna daha aydın misal isə adət-ənənəmizdə olan iki rəngli çayı da misal göstərmək olar. Əvvəl isti su tökülərək şəkər qatılıb şirin su düzəldilir. Daha sonra isə səthə sıxlığı daha az olan dəm sakit formada tökülür. Nəticədə dəm suyun dibinə getməyərək səthdə qalır və qız evi razılıq verən kimi şirin çay gəlsin deyirlər. (Yəqin ki, belə olar. Hələ elçi getməmişəm.)

Comments

  1. Maraqli izahatınıza görə təşşəkkür edirəm


    Fizika dərsində lazım olacaq

    ReplyDelete
  2. İnşAllah başınıza gələr😂😂

    ReplyDelete
  3. İnşAllah başınıza gələr😂😂

    ReplyDelete

Post a Comment