Alyaskanın Vitter şəhərinin əhalisi 217 nəfərdən ibarətdir.
Praktiki olaraq elə onların hamısı da bir 14 mərtəbəli binada yaşayırlar. Bir zamanlar hərbi kazarma olan bina artıq şəhərin əsas binası hesab edilir. Çünki elə bu binada bütün vacib təşkilatlar da yerləşir. binanın içərisində şəhərin merinin kabineti, xəstəxana, polis idarəsi, poçt, mağaza, kilsə yerləşir. Məktəb binanın içərisində olmasa da ona bitişikdir və ora çölə çıxmadan keçmək mümkündür
Comments
Post a Comment