Bəli Dünyanın ən hündür dağında Wi-Fi və telefon rabitəsi var. Bu yaxınlara qədər orada heç nə olmasa da 5 il əvvəl bir neçə telefon operatoru orada öz stansiyasını qurdu. 5100 metr hündürlükdə olan əsas düşərgədə isə Wi-Fi quruldu. Düzdü burada Wi-Fi və mobil şəbəkə selfilərdən çox təhlükəsizlik və hava proqnozu üçün lazım olsa da, selfi təbii ki çox vacibdir. Yoxsa çıxdın dağın başına və check-in edə bilmədən qayıtdın geri.
Əlbəttə Arktika sizin üçün mərkəzi park deyil amma ora gələn turistlər ildən ilə artır və Şimal qütbündən cəmi 80km aralıda Barne Ice düşərgəsində hələ 10 il əvvəl Wi-Fi şəbəkə yaradılmışdı.
Wi-Fi-lı eşşəklər.
İsrailin Kfar-Kedem tematik parkı insanların qədim zamanlarda yaşayış tərzini göstərir. Burada texnoloji bir şey görə bilmək mümkün olmasa da, telefonda Wi-Fi şəbəkə axtarsaz tapa biləcəksiz. Çünki ekskursiya eşşəklərinin boğazlarına Wi-Fi ötürücü bağlayırlar.
Kosmosda.
Comments
Post a Comment