Ən Qəddar və Adam Əti Yeyən Kannibal Rəhbər Jan-Bedel Bokassa

   Jan-Bedel Bokassa adı  Mərkəzi Afrika Respublikasında hələ də qorxu və nifrətlə xatırlanır. Bokassa özünə çox gözəl hərbi karyera qurmuşdu. O, ikinci dünya müharibəsi zamanı Fransızlarla tərəfdaş olaraq müharibədə uğurla iştirak etmişdi. Müharibədən sonra isə hərbi çevriliş edərək, əmisini hakimiyyətdən yıxaraq özü ölkə başına gəlmişdi. 

   Bokassa o qədər acgöz idi ki, özünə 2 ton təmiz qızıldan taxt-tac düzəltmişdi və ən çox sevdiyi də qadınlar idi. Belə ki, onun 19 həyat yoldaşı və 77 övladı var idi. Bu say onun qeyri-rəsmi arvad və uşaqları nəzərə alınmadıqdadır. O, övladlarının tərbiyəsi ilə maraqlanmırdı tək qorxusu isə övladlarının böyüyərək onu tax-tacdan salmaq qorxusu idi. 
   Jan-Bedelin ən fərqli cəhəti isə onun insan əti ilə qidalanması idi. Əsas da o, düşmənlərinin ətini yeməyi sevirdi. İmperator sarayının aşpazları tez-tez insanın müxtəlif hissələrini Bokassanın verdiyi sifariş əsasında müxtəlif sousla bişirməyə məcbur qalırdılar. O, həmçinin bişirdiyi insanın yaxın qohumlarını saraya çağıraraq, onlara elə öz yaxınlarının bişmiş ətini yeməyi təklif edirdi. Buna etiraz edən insanların isə elə həmin gün edam  əmri çıxırdı. Xarici səfərlər zamanı isə o özü üçün hətta bir neçə marinə edilmiş insan əti də apardığı söylənilirdi.  
   Bokassanın ən çox gözəl qız əti sevdiyi söylənilirdi. Hətta bir dəfə onun  ziyafətinə ölkə gözəli seçilmiş bir xanım düşmüşdü. Növbəti gün isə xanım artıq vəfat etmişdi.
   Bokassanun yüzlərlə insanı öldürmüşdü. Hətta bir dəfə o, bir neçə insanı yerə uzadaraq onların üstündən yük maşını ilə keçməyi söyləmişdi. Sürücü isə bunu edə bilməyəcəyini söyləyəndə, özü sükana oturaraq yerdə uzananların üstündən dəfələrlə keçmişdi. Daha bir ölüm aləti isə əlindəki fil sümüyü ilə bəzədilmiş çəlik hesab edilirdi. Söyləntilərə görə o, sevmədiyi insanları çəliyin ucundakı biz dəmirlə öldürürdü. 
   Kannibal prezidentin hakimiyyət dövrü 1979-cu ilə kimi davam etdi. 21 sentyabr 1979-cu ildə Fransız xüsusi təyinatlıları Prezidentin Liviyada səfəri vaxtı paytaxta girərək hakimiyyəti ələ keçirdilər və prezident Devid Dakonu qoydular.  1980-ci ildə ona qiyabi olaraq soyqırımı və kannibalizmə görə edam hökmü verilmişdi. Məhz bundan sonra da Bokassanın ən pis vaxtları başladı. 1986-cı ildə Bokassa könüllü olaraq ölkəyə qayıtdı və məhkəməyə təslim oldu. Lakin məhkəmə edamını ömürlük həbslə əvəz etdi və kannibalizm üzrə hökmünü ləğv etdi. Lakin Bokassa həbsdə də ömürlük qalmadı və 1993-cü ildə azadlığa çıxdı. Köhnə Mundirli Qoca ləqəbini alan Bokasso artıq orda burda gəzərək yenidən hakimiyyətə gəlməyin yollarını axtarırdı və hətta prezident seçkilərinə öz namizədliyini də vermişdi. Amma seçkilərə qədər yaşaya bilməmişdi və 1996-cı ildə vəfat etdi . 



Comments