2011-ci ildə Braziliyalı balıqçı Juan Pereira de Souza Rio-de-Janeyro yaxınlığında çimərlikdə ölüm ayağında olan pinqvin balası tapmışdı. Neftlə çirklənmiş pinqvin balasını özünə götürən Pereira bir müddət ona qulluq edərək onu sağaltmışdı və ona Dindim adı da vermişdi. Amma qanunvericiliyə görə vəhşi heyvan saxlanması qadağan olunduğundan o, pinqvini yenidən açıq okeana buraxmışdı.
Suda üzərək gedən pinqvin bir müddət sonra geri qayıdaraq onu xilas edən qocanı tapmışdı. Beləliklə həmin vaxtdan bəri pinqvin ilin 8 ayını qoca ilə, qalan vaxtını isə Argentina və Çili sahillərində keçirir.
Dindim hər il 5000 mil (8046,72 km) məsafə qət edərək Argentina və Çiliyə, oradan da yenidən qocanın yanına qayıdır. Heç kəsi yaxın buraxmayan pinqvin yalnız qoca ilə mehriban davranır və onu yanından ayrılmır.
Comments
Post a Comment