Qızlarda və Oğlanlarda Düymələrin Fərqli Tərəfdə Olmasının Səbəbi.

   Nəyə görə kişi və qadın paltarlarındakı düymələr fərqli tərəfdədir? Bu səbəb hələ orta əsrlərə gedib dayanır.  

   Qadınlara düymələrin sol tərəfdə tikilməsinin səbəbi orta əsrlərdən gəldiyi söylənilir. Belə ki, orta əsrlərdə Avropada düymələr bəzək əlaməti hesab edilirdi. O zamanlar düymələr fil sümüyündən, qızıldan, gümüşdən, daş qaşdan hazırlanırdı. Həmin paltarları isə yalnız varlı nəsildən olan qadınlar geyinə bilirdi. O dövrdə isə varlı nəsildən olan qadınlar paltarları özləri yox, qulluqçuları tərəfindən geyindirilirdi. Əks tərəfdə duran qulluqçuya isə düymələri bağlamaq rahat olsun deyə onlar sol tərəfə tikilirdi. 
   Kişilər isə paltarlarını özləri geyinirdilər. Hətta yüksək imkanlı nəsildən olanlar da belə. Buna görə də düymələr sağdan tikilirdi. Həmçinin varlı nəsildən olan kişilər silahla gəzirdilər və tez-tez də döyüşməyə məcbur qalırdılar. Buna görə də soyuq vaxtlarda sağ əllərini isti saxlamaq üçün əllərini paltarın altında sala bilmələri üçün idi.  

Comments