Son zamanlar bioloqlar arasında müşahidələr nəticəsində tısbağa göz yaşı içən kəpənəklər anlayışı peyda oldu. Kəpənəklər müxtəlif növdən olsa da tısbağalar Sarı Xallı Çay Tısbağalara (Podocnemis unifilis) aiddir. Bu tısbağalar həm bitkilərlə, həm də eyni zamanda həşərat və mollusklarla qidalanırlar. Orta həyat uzunluğu isə 60-70 ilə bərabərdir.
Hər şeyi, xüsusən də həşəratları yeyən tısbağalarla kəpənəklər arasındakı əlaqə isə onların yaşayış mühitindən asılıdır. Ovçu ilə qurbanı yaxınlaşdıran əsas səbəb isə Amazon meşələrindəki sulardır. Belə ki, meşədəki suların hamısı şirin sular olduğundan, orada yaşayan canlılarda amin turşuları, natrium və minerallar çatışmır. Yırtıcılar qurbanlarını yeyərkən bunu əldə etsələr də digər canlılarda bu alınmır. Ona görə də tutuquşuları gil yalayır, meymunlar isə torpaq yeyirlər. Yalnız Amazon meşələrində rast gəlinən hadisə isə tısbağanın göz yaşlarını kəpənəklərin içməsidir. Tısbağaların hələ də kəpənəkləri niyə yemək istəməməsi bilinməsə də, bu qəribə təbiət hadisəsi hələ də davam edir.
Comments
Post a Comment