Təsəvvür edək ki, yer kürəsində qalaraq evimizdən uzağa səyahət etmək istəyirik. Bu halda ən uzaq yer planetimizdə durduğumuz nöqtənin arxa tərəfi olan hissədir ki, bu da 20.036 kilometrə bərabərdir.
Burada isə belə bir sual yaranır. Niyə də həmin hissəyə elə durduğumuz yerin altından qazaraq getmirik? Bu bizdən cəmi 42 dəqiqə ala bilər. Məsələn Amerikalılar Hind Okeanından çıxsa da, Çilililər gedib Çindən çıxa bilərlər və gedib orada yaşıl çay içə bilərlər.
Bəs bu səyahətdə bizi nə gözləyəcək. Gəlin nəzəriyyə ilə araşdıraq.
İlk əvvəl 35-70 km arası məsafədə kontinental yer qabığı arasında səyahət edəcəyik. Daha sonra 2.900 km uzunluğunda mantiya arasında yolumuza davam edərək aşağı doğru enişimiz davam edəcək. Ondan sonra Mars planeti ölçüsündə olan maye dəmir halında xarici nüvədən keçməli olacağıq. Onun da temperaturu isə 5.500 dərəcəyə bərabərdir. Bu temperatur da günəş səthində olduğu kimidir.
Nəzəriyyəmiz üçün gəlin təsəvvür edək ki, yer kürəsinin mərkəzi soyuqdur və hərarət bizi öldürməyəcək.
Yer kürəsi səthində cazibə qüvvəsi bizi 9,8 metr saniyə kvadratında özünə doğru çəkir və bu da bizim sürəti saniyədə 9,7 metr artıracaq. Ancaq qeyd etmək lazımdır ki, bu yer səthində baş verəcək, biz isə aşağı doğru gedirik. Düşdükcə isə cazibə qüvvəsi bizim yuxarı hissəmizdə çox, aşağı hissəmizdə isə az olacaq. Planetin mərkəzinə çatdıqca cazibə qüvvəsi azalacaq və tam nüvədə biz cazibə qüvvəsinin 0 olduğu vəziyyətə düşəcəyik hərəkətimiz isə artıq yığdığımız sürət hesabına olacaq.
Tullandıqdan sonra yer kürəsinin mərkəzinə qədər olan yolun ortasında olanda bizim sürətimiz saatda 24.000 kilometrə bərabər olacaqdır. Cəmi 21 dəqiqə sonra isə biz yer kürəsinin tam mərkəzindən saatda 29.000 kilometr sürətlə keçəcəyik. Digər 21 dəqiqə ərzində isə biz cazibə qüvvəsinin təsiri ilə sürətimiz azala-azala dünyanın digər nöqtəsinə çatacağıq. Həmin anda səthdə bizi kimsə tutsa orada qalacağıq. Tutmadığı halda isə havada bir anlıq qalaraq yenidən geriyə doğru uçmağa başlayacağıq. Təxmin edilən nəzəriyyəyə görə bu proses sonsuzdur və kimsə səthdə tutmadığı halda bu uçuş sonuna kimi davam edəcək.
Beləliklə nüvə yandırmasa da belə, yer kürəsinin bir tərəfindən digər tərəfinə dəlik olsa da belə atlanmayın. Ola bilsin tutmalı olan adamın başı nəyəsə qarışar və siz pendulum kimi gedib gələrsiz.
Comments
Post a Comment