Ölmək Bilməyən və ya "Batmayan Sem" Adlı Pişik


   Batmayan Sem (Unsinkable Sam) Dünya Müharibəsi zamanı həm Alman həm də İngilis  gəmilərində  yaşayan pişikidi. 

   Ağlı-qaralı pişik ilk dəfə 1941-ci ildə naməlum matros tərəfindən “Bismark” gəmisinə gətirilmişdi. Gəmi 18 may 1941-ci ildə ingilis gəmilərini dağıtmaq əmri ilə üzməyə başlamışdı. Cəmi 5 gün sonra isə  Britan eskadrası ilə qarşılaşan Bismark döyüşdə məğlub olaraq batırılmışdı. 2200 heyətdən cəmi 115 nəfər sağ qalmışdı. Əlavə olaraq isə pişik də sağ qalmışdı. Qırıntı üzərində üzən pişik bir müddət sonra geri qayıdan İngilis gəmisi Kazak trəfindən götürülmüşdü və ona Oskar adı verilmişdi. 
   Bir neçə ay Kazakda yaşayan pişik gəminin Alman torpedası tərəfindən bombalandıqdan sonra tərk etməli olmuşdu. Maraqlısı da onda idi ki, gəmidən sağ qalan yeganə canlı pişik idi. Zədələnmiş gəmi Legion gəmisi ilə dartılıb sahilə gətirildiyi zaman orada pişiyin sağ qaldığını görən ingilislər ona Batmayan Sem adını vermişdilər. 
   Bir müddət sahildə yaşayan pişik Ark Royal avidaşıyıcısı ilə yenidən sulara çıxmışdı. Maraqlısı hadisə isə Semin ilk gəmisi Bismarkı məhz Ark Royalın daşıdığı təyyarə vurmuşdu. 
   Semin Ark Royaldakı səfəri də çox uzun çəkməmişdi. 14 noyabrda Ark Royal Alman torpedası U81 tərfindən vurulmuşdu. Bu dəfə də Pişik ölmədi və onu Kazak gəmisində xilas edən Legion gəmisi yenidən xilas etdi.
   Ark Royaldan sonra Sem artıq döyüşlərə getmədi və bir müddət sahildəki generalların birinin evində yaşadıqdan sonra Belfasta göndərildi və ümrünün axırına 1955-ci ilə kimi Belfastda yaşadı. 

Comments