Telefon Interneti İlə 1 Günə 994 Giqabayt Fayl Yükləyən Gənc.

   Aprel ayının 3-də Avstraliyanın Telstra mobil şirkəti «Free data day» adlı kompaniya təşkil etmişdi.

Kompaniyanın səbəbi isə internetdə mövcud olan problemlərə təzminat kimi bir günlük pulsuz internet təklif etmişdilər. Avstraliyalı gənc John Szaszvari isə bu fürsətdən istifadə edərək gün ərzində 1 terabayta yaxın daha dəqiq desək 994 giqabayt fayl yükləmişdi.

   Gün ərzində o, “Mythbusters”in 14 sezonunu, Simpsonların 24-nü, Wikipedianın bütün bazasını, Microsoft ofis paketini, Xbox-un yenilənmələrini və digər bir çox şeyləri yükləmişdi. Təkcə 100 giqabayt isə şəxsi sənədlərinin internetə yüklənməsinə sərf edilmidşi. 

Comments