12 aprel 1961-ci ildə Yuri Qaqarin ilk dəfə kosmosa uçmuş adam olmuşdu. Elə o gündən də bəri 12 aprel kosmonavtika günü kimi qeyd edilir. Elə məhz bu gün üçün də Qaqarin haqqında bir neçə faktları paylaşmağı qərara aldıq.
1. Qaqarini kosmik gəmiyə qədər məlum olduğu kimi bir yox, iki dublyor müşayiət edirdi. German Titovdan başqa Griqoriy Nelyubov da dublyorlar arasında idi və hər iki dublyor lazım gəldikdə uçmağa hazır idi.
2. Uçuşa 2 gün qalmış Qaqarin həyat yoldaşına ayrılıq məktubu yazmışdı. 1961-ci ildə məktuba ehtiyac qalmamışdı. Məktubu isə həyat yoldaşına 27 mart 1968-ci ildəki qəzadan sonra vermişdilər.
3. Vostok-1 gəmisi tam olaraq avtomat rejimdə uçurdu. Çünki heç kəs kosmonavtın çəkisizlik şəraitində iş bacarığının olub-olmayacağını bilmirdi. Amma Qaqarinə lazım gəldikdə avtomatı söndürmək üçün xüsusi şifrə verilmişdi.
4. İlkin olaraq uçuş öncəsi Sovet xalqına 3 müraciət yazılmışdı. Biri Qaqarinin səsi ilə, digər ikisi isə dublyorların səsi ilə.
5. “Vostok-1”in uçuş öncəsi fövqəladə hadisə baş vermişdi. Gəminin ucundakı qapağın hermetik siqnalı lazımı səsi çıxarmamışdı.
O zaman Vostok-1 gəmisinin konstruktoru Oleq İvanovski Formula 1 mexaniklərində paxıllıq yaradacaq sürətlə işləmişdi. Belə ki o, 1 neçə dəqiqə ərzində 30 bolt açaraq nasazlığı aradan qaldırıb, yenidən bağlamışdı.
6. Uçuş zamanı Qaqarin uzun müddət dilə gətirilməyən ifadə işlətmişdi. “Mən yanıram yoldaşlar, əlvida!” demişdi.
Məsələ isə onda idi ki, atmosferin qalın qatından keçən gəminin ətrafında alovlanmanı görən Qaqarin gəminin yandığını düşünmüşdü.
Comments
Post a Comment